Ukraynanın Aİ rouminqinə qoşulması təsdiqləndi

Ali Rada Ukraynanın Avropa İttifaqının vahid rouminq zonasına qoşulmasını qanunuikinci oxunuşda təsdiqləyib.

Bizimxeber.az bildirir ki, bu, Ukraynaya tammiqyaslı işğaldan sonra müvəqqəti əsasda fəaliyyət göstərən prosedurun normallaşdırılmasını, xüsusən də Ukrayna və Aİ-nin birgə rouminq zonasının müəyyənləşdirilməsini və digər əlaqəli konsepsiyaları nəzərdə tutur.

Hazırda Aİ-də milyonlarla ukraynalı Rusiyanın tammiqyaslı işğalı və xeyli sayda ukraynalının Avropa ölkələrinə getməsi ilə əlaqədar operatorların razılığı sayəsində artıq ödəniş etmədən Ukraynadakı qohumları ilə əlaqə saxlayır.

Bu rejim müharibənin aktiv fazasının əvvəlindən müvəqqəti olaraq fəaliyyət göstərir və sonuncu dəfə 2023-cü ilin iyulunda daha bir il uzadılıb . Bu arada, Avropa İttifaqı keçən il Avropa Komissiyasının Aİ-də mobil rouminqin Ukraynaya qədər uzadılması təklifini təsdiqləyib.