Ukraynana daha 275 milyonluk hərbi yardın göndərilir

Birləşmiş Ştatlar Kiyevə 275 milyon dollar dəyərində yeni hərbi yardımı ən qısa zamanda göndəriləcək.

Bizimxeber.az bildirir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

"Ukraynaya Xarkov yaxınlığında Rusiyanın hücumlarını dəf etmək səylərimizin bir hissəsi olan bu 275 milyon dollarlıq yardım paketi təcili ehtiyac duyulan imkanları ehtiva edir", - Blinken bildirib.

Onun sözlərinə görə, paketə HIMARS üçün döyüş sursatları və artilleriya mərmiləri, həmçinin tank əleyhinə silahlar, dəqiq idarə olunan hava mərmiləri daxildir.