Kursk vilayətində yaşı 18-dən az olan ukraynalı əsgər həlak olub.
Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna mətbuatı xəbər verib. Əsgərin adı Maksim Quzenkodur, o, artilleriya hücumu zamanı həlak olub.
Məlumatda qeyd olunur ki, o, 3 may 2007-ci ildə anadan olub, 13.02.2025 il tarixində vəfat edib.
Ukrayna qanunlarına görə, azyaşlılar səfərbər oluna bilməz. Quzenkonun SVO zonasına necə düşdüyü məlum deyil.