Ukraynadakı münaqişəyə yeni ölkələr cəlb olunacaq

Belarus və Moldova Ukraynadakı münaqişəyə cəlb oluna bilər. Çünki, Rusiya ordusu Dnestryanıda yerləşir, Moldova hakimiyyəti isə ukraynayönlü və qərbyönlü mövqedədir.

Bizimxeber.az bildirir ki, bu barədə Amerikanın “The National Interest” jurnalı yazıb. 

“Moldovanın Ukraynadakı münaqişə ilə əlaqəsi var, çünki Rusiya qoşunları Dnestryanı bölgədə yerləşib və Rusiya Ukraynanın əlaqələrini Qara dənizdən kəsmək istəyir. Bunu etmək üçün yalnız bir yol var: Odessa vasitəsilə Xersondakı rus qoşunları Dnestryanıya çatmalı və orada yerləşən kontingentlə birləşməlidir".

Amerika jurnalı qeyd edir ki, Moldova hökuməti Maia Sandu sərt ukraynayönlü və qərbyönlü mövqeyə malikdir və bu, ölkənin münaqişəyə cəlb olunma şansını artırır. Lukashenka, öz növbəsində, getdikcə daha çox Ukraynanın Belarus ərazisinə zərbə endirməyi planlaşdırdığını və bunun dərhal cavab tədbirləri ilə nəticələnəcəyini söyləyir.