“Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq”

“Biz Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq və bu bizim Volodimir Zelenskiyə siqnalımızdır”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq deyib.

“Müharibə danışıqlar masası arxasında və Ukraynanın şərtləri əsasında başa çatmalıdır”, - deyə Stoltenberq qeyd edib.

“Bundan sonra Ukrayna Finlandiya və İsveç kimi NATO-ya üzv ola bilərmi?” sualına cavab verən Stoltenberq yalnızca “NATO-ya qapı açıq olaraq qalır” söyləyib.