Ukraynada öldürülən ABŞ zabitinin cəsədi təhvvil verildi

Amerikalı könüllünün cəsədi Rusiya ilə məhbus mübadiləsi çərçivəsində Ukraynaya təhvil verilib .

Bizimxeber.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, cəsəd ABŞ Silahlı Qüvvələrinin veteranı Nikolas Meymerə məxsusdur.

O, 114-cü TPO briqadasının 135-ci ayrı-ayrı batalyonunda xidmət edib və burada tammiqyaslı işğalın əvvəlindən könüllü olaraq Ukraynaya köməyə gəlib.

135-ci ayrı-ayrı batalyonun komandiri, polkovnik İqor Şepetin bu mübadilədə şəxsən köməklik göstərən briqada generalı, Baş Kəşfiyyat İdarəsinin rəis müavini Dmitri Usova minnətdarlığını bildirdi.