Kiyev vilayətinin Brovarı şəhərində helikopter uşaq bağçasının ərazisində qəzaya düşüb. Bizimxeber.az Ukrayna mediasına istinadən bildirir ki, qəza nəticəsində helikopterdə olan Ukraynanın daxili işlər naziri Denis Monastırski və onun birinci müavini Yevgeni Yenin həlak olublar.
Xatırladaq ki, qəza nəticəsində 2-si uşaq olmaqla 16 nəfər həlak olub.
Daha 22 nəfər isə yaralanıb.
Qeyd edək ki, 42 yaşlı D. Monastırski 2021-ci ildə Ukraynanın daxili işlər naziri təyin edilib.