Ukraynada həlak olan 91 mindən çox rus əsgərinin adı açıqlanıb

Rusiyanın Ukraynaya müdaxiləsi zamanı həlak olan azı 91 059 rusiyalı hərbçinin adını müəyyən edilib.

Bizimxeber.az bildirir ki, bu barədə "Mediazon" açıqlayıb. Qeyd olunub ki, son iki həftə ərzində siyahıya 2333 nəfərin adı əlavə edilib.

Faktiki itkilər daha çox ola bilər, çünki jurnalistlərin təhlili çox güman ki, ölümlərin yalnız 45-65 faizini əhatə edir. Ölənlərin çoxu barədə ictimaiyyətə məlumat verilmir.

“Meduza” nəşriyyatı Rusiyada mümkün itkilərlə bağlı araşdırma aparır və bu prosesdə irs reyestrinə arxalanır. Bu mənbə 120.000-ə qədər ölüm haqqında məlumat verir. Ölümlər və dəfn mərasimləri ilə bağlı ən çox məlumat Başqırdıstan, Tatarıstan, Yekaterinburq, Perm diyarı, Çelyabinsk, Kuban və Moskva vilayətindən gəlir.