"Ukraynada diplomatik nizamlanma mümkündür" -Bayden

"Ukrayna ərazisində diplomatik nizamlanma mümkündür".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ prezidenti Co Bayden deyib. 

Baydenin sözlərinə görə, bu, yalnız BMT Nizamnaməsi əsasında mümkündür.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski də Rusiya Federasiyası ilə münaqişənin diplomatik yolla həllinin yalnız başqa prezidentlə mümkün olduğunu bildirib.