Ukraynada hazırda Rusiya ilə genişmiqyaslı müharibə başlayandan bəri 279 uşaq itkin düşmüş hesab olunur, 7460 uşaq tapılıb.
Bizimxeber.az bildirir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.
“2022-ci il noyabrın 12-nə təsirə məruz qalan uşaqlar haqqında məlumatlar: 279 - itkin düşüb, 11 028 - deportasiya edilib, 7 460 - tapılıb, 96 - geri qaytarılıb", - hesabatda deyilir.
O da qeyd olunur ki, Rusiya ilə genişmiqyaslı müharibə nəticəsində 1250-dən çox uşaq zərər çəkib. Lakin bu rəqəmlər yekun deyil, çünki onların aktiv döyüş əməliyyatları aparılan yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə yaradılması istiqamətində işlər davam etdirilir.