"Ukrayna vurulmuş təyyarələrini təmir edib" - Pentaqon

"Ukrayna ordusu zədələnmiş təyyarələrin yenidən təmir üçün hissələri alıb".

Bizimxeber.az bildirir ki, bu barədə Pentaqon açıqlayıb.

Məlumatda deyilir ki, Ukrayna Rusiyanın işğalından iki ay sonra öz hava qüvvələrini işlək vəziyyətdə saxlayıb, təyyarələri təmir edib, hava gücünü möhkəmləndirib".

Həmçinin Pentaqonun sözçüsü Con Kirbi hansı ölkələrin Ukraynaya təyyarələr və hissələr verdiyi ilə bağlı təfərrüatları açıqlamayıb. Lakin yeni transferlərin edildiyini, Ukraynanın iki həftə əvvəl olduğundan daha çox işlək döyüş təyyarəsinə malik olduğunu bildirib.

Kirbi Vaşinqtonun Kiyevə heç bir təyyarə vermədiyini deyib: "Biz, şübhəsiz ki, onların təyyarə ehtiyaclarına kömək edən bəzi əlavə ehtiyat hissələrinin daşınmasına kömək etdik, lakin təyyarə vermədik".

ABŞ Rusiya istehsalı olan və vaxtilə Əfqanıstan üçün nəzərdə tutulan helikopterləri Ukraynaya təhvil vermək planlarını açıqlayıb.