Ukrayna və Moldovaya AB-yə namizəd statusu verldi - Gürcüstan gözləyir...

Avropa Komissarları Kollegiyası Ukrayna və Moldovaya AB-yə namizəd statusunun verilməsi ilə bağlı tövsiyə qərarını təsdiqləyib.

Bunu “Azadlıq” radiosunun jurnalisti Riçard Yozvyak deyib. 

“Avropa Komissarları Kollegiyasının iclası başa çatdı. Ukrayna və Moldovaya namizədlik statusunun verilməsi ilə bağlı müsbət rəy təsdiqləndi. Gürcüstan isə bu statusu almaq üçün şərtləri yerinə yetirməlidir”, - Yozvyak bildirib.

Qeyd edək ki, Aİ dövlət və hökumət başçıları 23-24 iyun tarixlərində keçiriləcək sammitdə Ukraynanın quruma üzvlük məsələsini müzakirə edəcəklər.