Ukrayna və Moldova 2025-ci ildə Aİ üzvü ola bilər - Danışıqlar başlayır

Avropa İttifaqı Ukrayna ilə təşkilata üzvlüklə bağlı danışıqlara başlamalıdır.

Bizimxeber.az bildirir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Strasburqda keçirilən plenar iclasda deyib.

“Onlar bizim ittifaqımıza üzvlük yolunda böyük irəliləyiş əldə ediblər. Əgər onlar bu səyləri davam etdirsələr, onda biz 2025-ci ilin əvvəlində birinci klaster, eləcə də il ərzində digər klasterlər üzrə danışıqlara başlamağa hazır olmalıyıq”.

Bundan əvvəl ATƏT-in Ukrayna üzrə xüsusi nümayəndəsi Petr Mares bildirib ki, o, Ukraynanı Aİ və NATO-ya daxil olmağa hazırlayacaq. 

Bundan əlavə, Avropa Komissiyasının hesabatında deyilir ki, Ukrayna və Moldova bütün ilkin şərtləri yerinə yetirə bilsələr, 2025-ci ildə Aİ-yə üzvlüklə bağlı substantiv danışıqlara başlaya bilərlər.