"Ukrayna taxılı silah kimi istifadə oluna bilməz" - Papa

Roma Papası Fransisk Ukrayna limanlarından buğda ixracının blokadaya alınmasını pisləyib.

Bizimxeber.az "Vatican News -a istinadən xəbər verir ki, o, bunu ümumi auditoriyanın iclasında deyib .

“Milyonlarla insanın həyatının, xüsusən də ən yoxsul ölkələrdə asılı olduğu Ukraynadan taxıl ixracının blokadası böyük narahatlıq doğurur”, - Papa Fransisk Ukrayna taxılının tədarükünü kimin əngəllədiyini açıqlamayıb.

"Mən bu problemi həll etmək üçün mümkün olan hər şeyi etməyə və ümumbəşəri ərzaq hüququnu təmin etməyə hərarətlə müraciət edirəm. Xahiş edirəm, əsas ərzaq məhsulu olan taxıldan müharibədə silah kimi istifadə etməyin", - o, çağırıb.

Afrika İttifaqı artıq blokadanın qitədə qida böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib. Rusiya gəmiləri Ukrayna limanlarını bağlayır, ixracın Qara və Azov dənizlərindən keçməsinə mane olur. Ukrayna da blokadanın götürülməsinə çağırıb, Rusiya isə Ukraynanın limanlar yaxınlığındakı dəniz ərazilərinin minalandığını iddia edir.