Ukrayna əsir götürdüyü Şimali Koreyalıları Seula təhvil verə bilər.
Bunu Ukraynanın Koreya Respublikasındakı səfiri Dmitri Ponomarenko deyib.
“Şimali Koreya hərbçilərinin KXDR-ə repatriasiyası, habelə geri qayıtmaqdan imtina etdikləri halda onların həyatı və azadlığı üçün təhlükəni nəzərə alaraq, biz beynəlxalq tərəfdaşlarla, xüsusən də Koreya Respublikası ilə onların üçüncü ölkələrə mümkün təhvil verilməsi ilə bağlı dialoqa açığıq”, - deyə o bildirib.