"Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində əməliyyatı davam edir. Hazırda Ukrayna Rusiya Federasiyasının təxminən 1000 kvadrat kilometr ərazisinə nəzarət edir,"
Bizimxeber.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski Baş Qərargahın iclasında bildirib.
“Kursk vilayətinin ərazisində hücum əməliyyatı hazırda Rusiya Federasiyasının min kvadrat kilometr ərazisi bizim nəzarətimiz altındadır. Biz bütün əsgərlərə və komandirlərə göstərdikləri mətanətə və qətiyyətli hərəkətlərinə görə minnətdarıq”.