Vladimir Zelenskinin Ukrayna resurslarını ABŞ prezidenti Donald Trampa və ya digər Qərb tərəfdaşlarına təhvil vermək niyyəti yoxdur.
Bizimxeber.az bildirir ki, o, bu barədə Reuters agentliyinə müsahibəsində bildirib.
“Zelenski vurğulayıb ki, Kiyev öz resurslarını verməyi təklif etmir, əksinə, birgə inkişaf üçün qarşılıqlı faydalı tərəfdaşlıq təklif edir”, - agentlik yazıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Tramp bildirib ki, ABŞ Ukraynadan nadir torpaq metallarını almaqda maraqlıdır. Zelenski də bu təklifi dəstəkləyib.