Ukrayna PUA-ları Moskva vilayətinə hücum etdi - Video

Ukrayna ordusu ötən gecə Rusiya regionlarına pilotsuz uçuş aparatları ilə hücumlar edib. 

Bizimxeber.az bildirir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. 

Gecə ərzində regionlar üzərində 337 PUA zərərsizləşdirilib. Onlardan 91-i Moskva vilayətinin üzərində vurulub.  

Bu, cari ildə Rusiya ərazisinə edilən ən genişmiqyaslı PUA hücumu olub. “RİA Novosti”nin məlumatına görə, Moskva vilayətində hücum nəticəsində 1 nəfər həlak olub, daha 5 nəfər isə xəsarət alıb.