Ukrayna ordusu olmasa Avropanın Rusiyaya qarşı şansı yoxdur - Zelenski

Ukraynada müharibənin dayandırılması və ya atəşkəs perspektivi Avropanın Rusiyaya qarşı daha sərt davranmağa hazır olmasından asılıdır. 

Bizimxeber.az bildirir ki, bunu Ukrayna lideri Volodimir Zelenski deyib.

Zelenskidən müharibənin 2025-ci ildə bitməsi ehtimalı ilə bağlı şərh vermək istənildikdə, ABŞ-ın seçilmiş prezidenti Donald Trampdan belə bir istək hiss etdiyini bildirib. "Mən əminəm ki, Rusiya ABŞ-dan qorxur, Çindən qorxur və vahid Avropadan qorxur. Ukrayna ordusu olmadan Avropa Rusiya ordusunun öhdəsindən gələ bilməz, çünki Rusiya ordusu sayca daha çoxdur. Rusiyanın daha çox silahı, daha çox adamı var”, - deyə dövlət başçısı qeyd edib.

O, həmçinin deyib ki, avropalılar demokratiyada yaşayır və Rusiyadan fərqli olaraq müharibə nə olduğunu bilmirlər: "Ukrayna ordusu olmasa, Avropanın təəssüf ki, bu gün Rusiyaya qarşı heç bir şansı yoxdur. Putin bunu bilir və öz çevrəsində bu haqda danışır. Ona görə də Ukrayna özünü müdafiə etməsə, Rusiya sürətlə irəliləyəcək. Bu, faktdır".