"Ukrayna NATO-ya üzv olmalıdır" - Conson

Britaniyanın keçmiş baş naziri Boris Conson NATO-nun baş katibi olmaq istəyir.

Bizimxeber.az bildirir ki, bu barədə o özü jurnalistlərin karyera ilə bağlı suallarına cavab verərkən bildirib.

Onun sözlərinə görə, o, Şimali Atlantika Alyansının baş katibi vəzifəsinə müraciət etmək niyyətindədir: “Mən özümü namizəd kimi görürəm. Bu, çox yaxşı mövqedir, vacib bir mövqedir. NATO indi həmişəkindən daha güclüdür”, - Conson bildirib.

O, həmçinin bəyan edib ki, Ukraynanın hərbi bloka qoşulmasında heç bir ziddiyyətli məqam yoxdur: "NATO-ya üzvlük Ukrayna dövləti üçün perspektivdir və bu, baş verməlidir".