"Ukrayna NATO-nu unutmalı olacaq" - Tramp

"Ukrayna NATO üzvlüyünü unutmalıdır".

Bizimxeber.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.  Ağ Evin rəhbəri bəyan edib ki, guya Ukraynanın NATO-ya üzv olmaq istəyi üzündən Rusiya Federasiyasına genişmiqyaslı müdaxilə başlayıb: "Ukrayna NATO-nu unutmalı olacaq, məncə, hər şeyin başlamasının səbəbi budur", - Tramp bildirib.

O, həmçinin əlavə edib ki, Amerika silahları olmasaydı, müharibə çox tez bitərdi: "Ukraynalılar yaxşı döyüşçülərdir, lakin Amerika texnikası olmasaydı bu, çox tez bitərdi”, – Amerika lideri bildirib.