Ukrayna Luqanskı ATACMS-la vurdu

Ukrayna ordusu Luqansk şəhərini raket atəşinə tutub.

Bu barədə Luqansk separatçılarının nümayndəsi Anna Romanova məlumat verib.

“Luqanskın mülki obyektləri kütləvi raket atəşinə tutulub. Azı 6 ədəd ATACMS raketi atılıb. Raketlərin əksəriyyəti vurulub. Buna baxmayaraq, mülki infrastruktura ziyan dəyib”, - məlumatda qeyd olunub.