Ukrayna Kurskda 35 mindən çox əsgər itirib - Rusiya MN 

Ukrayna Silahlı Qüvvələri döyüşlər zamanı Kursk vilayətində 35 mindən çox əsgər itirib. 

Bizimxeber.az bildirir ki, bu rəqəmləri Rusiya Müdafiə Nazirliyi bildirib.

“Ümumilikdə, Kursk istiqamətində gedən döyüşlər zamanı Ukrayna 35 050-dən çox hərbi qulluqçusunu itirib... Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin məhv edilməsi əməliyyatı davam edir”, - idarənin bəyanatında deyilir.

Ukrayna Silahlı Qüvvələrinin regionda gündəlik itkiləri  300-dən çox əsgər təşkil edib.