Ukrayna Krım körpüsünə 12 ATACMS  raketi ilə hücumu edib

Ukrayna Krım körpüsünə 12 ATACMS  raketi ilə qrup hücumu edib.

Bizimxeber.az bildirir kiŞ, bu barədəı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. 

«Bu gecə PVO vasitələri ABŞ istehsalı olan 12 ədəd ATACMS operativ-taktiki raketləri ilə Krım körpüsünə edilən qrup hücumunu dəf edilib".- deyə məlumatda bildirilir.

Gecə ərzində Krym körpüsündə avtomobil hərəkəti müvəqqəti olaraq dayandırılıb. Səhərə yaxın körpüdən keçmək üçün təxminən iki min avtomobil gözləmədə olub. May ayında Rusiya eyni şəkildə Krym körpüsünə qarşı keçirilən kütləvi hücumu dəf etmişdi, Ukrayna Silahlı Qüvvələri 10 ATACMS raketi ilə hücum etmişdi.