Ukrayna kəşfiyyatı sui-qəsdin qarşısını alıb

Ukraynanın müdafiə naziri Oliksi Reznikov və Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanova qarşı sui-qəsd cəhdi olub.

“Ukrinform” xəbər verir ki, bunu Ukrayna Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Vasili Malyuk deyib.

Onun sözlərinə görə, Rusiyanın xüsusi xidmət orqanları davamlı olaraq belə səylər göstərir. V.Malyuk cəhdin qarşısıının alındığını deyib, amma qəsdin təfərrüatlarını açıqlamayıb.