"Ukrayna Rusiya tərəfindən işğal olunmuş ərazilərin heç olmasa bir hissəsini qaytara bilər, baxmayaraq ki, bunu etmək asan olmayacaq."
Bizimxeber.az bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
Amerika prezidenti bildirib ki, Ukrayna üçün ruslar tərəfindən işğal olunmuş əraziləri geri qaytarmaq asan olmayacaq.
"Soruşursunuz ki, ukraynalılar itirdikləri torpaqları geri ala biləcəklərmi. Mən isə deyirəm: bəli, bəlkə, onların bir hissəsini. Amma bunu etmək asan deyil", - o əlavə edib.
Eyni zamanda, Trampın fikrincə, Ukraynanın ərazi güzəştləri məsələsi “danışıqların bir hissəsi” olacaq.