Ukraynaya verilən F-16 qırıcısı Ukrayna Silahlı Qüvvələrinin özüi tərəfindən “Patriot”la vurula bilər.
Bizimxeber.az bildirir ki, bu barədə “The New York Times” yazıb.
Nəşr hadisə ilə bağlı ilkin araşdırmanın təfərrüatları ilə tanış olan qərbli rəsmiyə istinadən yazır ki, F-16-nın Patriot batareyasının atəşi ilə vurula biləcəyinə dair “işarələr” var.
Bununla belə, onlar həm də mexaniki nasazlıqların və pilot xətasının mümkünlüyünü istisna etmirlər, deyə rəsmi əlavə edib. Bundan əvvəl məlum olub ki, ABŞ Ukraynada qırıcı təyyarənin qəzaya uğraması ilə bağlı təhqiqata qoşulub.
Ali Radanın deputatı Maryana Bezuqlaya Ukrayna Silahlı Qüvvələrini F-16-nın Ukrayna hərbçiləri tərəfindən səhvən vurulması barədə məlumatı gizlətməyə çalışdığına görə tənqid edib .