Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatının başladığını bildirib.
Bizimxeber.az Ukrayna KİV-lərinə istinadən bildirir ki, Podolyak bir neçə gündür ki, hücumların davam etdiyini deyib: "Əks-hücum artıq bir neçə gündür ki, davam edir, sərhədin 1500 kilometrliyində şiddətli müharibə gedir, hərəkətlər artıq başlayıb".
Podolyak vurğulayıb ki, Ukrayna hərbçiləri Rusiya ərazisini Qərb silahları ilə vurmayacaq - onlar yalnız işğal olunmuş ərazilərin işğaldan azad edilməsi üçün istifadə olunacaq: "Biz Rusiya ərazisini vurmaq istəmirik, Qərbin bizə verdiyiniz silahlardan Moskvanın işğal etdiyi ərazilərdə, o cümlədən Donbass və Krımda Rusiya Federasiyasının mövqelərini məhv etmək üçün istifadə edəcəyik. Hazırda Ukraynada “Fransa və İtaliya tərəfindən bizə verilən” uzaqmənzilli “Storm Shadow” raketləri, “Leopard” tankları və raket əleyhinə sistemlər var. "F-16-lar nəhayət ki, bizə hava məkanını bağlamağa imkan verəcək. Bu, paradoksdur: bir il əvvəl bizdə olsaydı, müharibə artıq bitərdi", - o əlavə edib.