Ukrayna əks-hücum əməliyyatına başlayıb

Rusiya mətbuatı xəbər verir ki, fevralın 6-da səhər saatlarında Ukrayna qoşunları zirehli texnika, o cümlədən “Abrams” tankları, iki minaaxtaran maşın, 4 tank və 10-a yaxın zirehli texnikadan istifadə edərək, Kursk vilayətinin Plexovo istiqamətində Kolmakov kəndindən hücuma keçib. 

Sudjanski rayonundan Belovskiyə doğru hərəkət edən 400 ukraynalı əsgərdən ibarət kolonna görüntülənib.

Voenkor” Yuriy Kotenok yazır ki, Ukrayna Silahlı Qüvvələri öz təzyiqlərini zəiflətmir. Hərbi bloqçu Mixail Zvinçuk Ukraynanın Qluşkovo kəndinə doğru hücumunu genişləndirməyə cəhd edə biləcəyini təklif edib.

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinin Ulanki və Çerkasskaya Konopelka istiqamətində əks hücuma cəhd etdiyini və Rusiya ordusunun “bütün hücumları dəf etdiyini” bəyan edib. “Aktiv döyüşlər davam edir, Rusiya aviasiyası və artilleriyası düşmənə zərbələr endirir, lakin pis hava şəraiti PUA-ların işini çətinləşdirir”.