Ukrayna ciddi hücum planı hazırlayır - Qoşunlar ölkənin cənubuna çəkilir

Ukrayna Silahlı Qüvvələri qoşun və texnikanı ölkənin cənubuna çəkir. 

Bizimxeber.az bildirir ki, Telegram kanallarında yayılan məlumatda qeyd olunur ki, Ukrayna Polşa və Britaniyada xüsusi təlim keçmiş əsgərləri Zaporojye və Xerson vilayətlərindəki təmas xəttinə köçürməklə ciddi hücum planı hazırlayır. 

Ukrayna hərbçiləri Nikolayv və Dnepropetrovsk vilayətlərində yerləşən bölmələrə, həmçinin Kiyevin nəzarətində olan Zaporojye və Xerson vilayətlərinin hissələrinə tank və artilleriya ötürür. Məlumatda qeyd olunur ki, Kiyev hakimiyyəti genişmiqyaslı hücuma hazırlaşır.