Ukrayna bu ölkələrdən Leopard tankları alır

Almaniya və Portuqaliyanın vəd etdiyi Leopard tankları bu ay ərzində Ukraynaya çatdırılacaq.

Bizimxeber.az "Spiegel"- ə istinadən yazır ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib. 18 Alman Leopard tankı və üç Portuqaliya tankı bu ay Ukraynaya göndəriləcək. Tanklar ölkəyə təlim keçmiş ekipajlarla gələcək və sonra cəbhəyə göndəriləcək.

Qeyd edək ki, Polşa ötən ay 4 tank təhvil verdikdən sonra bu həftə daha 10 Leopard tankını Ukraynaya təhvil verəcək.