Ukrayna bu müharibədə qalib gəlməlidir - Borrell

Ukraynanın Avropa Birliyi büdcəsindən hərbi dəstəyi 3,6 milyard avroya çatıb. 

Bunu AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell deyib.

"Biz Ukraynaya dəstəyimizi davam etdirəcəyik. Ukrayna bu müharibədə qalib gəlməlidir. Və biz bunu ən yaxşı şəkildə dəstəkləyəcəyik", - Avropa diplomatiyasının rəhbəri bildirib.