"Ukrayna bizim silahlarla istədiyi kimi istifadə edə bilər" - Polşa

"Varşava Kiyevin Rusiyadakı hədəflərə hücum üçün Polşa tərəfindən verilən silahlardan istifadəsini məhdudlaşdırmır".

Bizimxeber.az bildirir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəis müavini Sezari Tomçik deyib.

"Ukraynaya tədarük etdiyimiz Polşa silahları ilə bağlı heç bir məhdudiyyət yoxdur" deyə Tomçik bildirib.

Qeyd edək ki, mayın 27-də NATO-nun baş katibi Yens Stoltenberq bildirib ki, Qərbin Ukraynaya ötürülən silahları Kiyev tərəfindən Rusiyanın hava bazalarına hücum etmək üçün istifadə oluna bilər.