Rusiyanın hazırda Ukraynada cəbhədə böyük irəliləyiş üçün hərbi potensialı yoxdur.
Bizimxeber.az bildirir ki, bunu general Kristofer Kavoli Davosda deyib.
Jurnalistlər Kavolidən 2025-ci ildə döyüş meydanında vəziyyətin necə inkişaf edə biləcəyini soruşublar. Cavabında o, “Ukraynanın birdən-birə məğlub olmayacaq" deyə bildirib. "Mən kütləvi irəliləyiş üçün potensial görmürəm. Və bu, siyasi deyil, hərbi baxışdır”.
Generalın sözlərinə görə, bu il müharibədə daha çox kiçik hücum hərəkətləri olacaq. O, onların Rusiya üçün yorucu olduğunu vurğulayıb. "Biz görürük ki, onlar Rusiyanı yorur. Axı Rusiyanın Şimali Koreyadan minlərlə əsgər gətirməsinin səbəbi var", - o deyib.