Ukrayna bir gecədə Rusiyanın 69 PUA-sını vurdu

Ukrayna Hərbi Hava Qüvvələri, Rusiyanın bir gecədə həyata keçirdiyi hücum zamanı 73 pilotsuz təyyarədən 69-un vurulduğunu bildirib.

Bizimxeber.az  “Reuters” ə istinadən bildirir ki, eyni zamanda, Ukrayna qüvvələri iki qanadlı raketi də məhv edib.

Rusiyanın 15-ə yaxın hücum pilotsuz təyyarəsi Kiyevin kənarında hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Dağıntıların bir bölgəyə düşdüyü və qeyri-yaşayış binasına ziyan dəydiyi, lakin ölənlər barədə məlumatın olmadığı qeyd edilib.