Ukrayna ən geci 2025-ci ilin sonuna qədər Avropa İttifaqına (Aİ) üzv olmağa hazır olacaq.
Bizimxeber.az bildirir ki, bunu Ukrayna baş naziri Denis Şmıxal deyib.
Şmıxal, bu məqsədin Ukraynanın Avropaya inteqrasiya hədəfinin əsasını təşkil etdiyini vurğulayıb.
O, Avropa İttifaqına daxil olmağın ədalətli sülhün bir hissəsi olmalı olduğunu qeyd edərək, bu addımın strateji məqsəd olduqlarını bildirib. Şmıxal, bunun üçün qanunvericiliyin və digər sənədlərin Aİ standartlarına uyğunlaşdırılması lazım olduğunu əlavə edib.