Ukrayna atəşkəsə razılıq verdi

Səudiyyə Ərəbistanında ABŞ-la danışıqlardan sonra Ukrayna tərəfi Rusiyanın da belə bir addım atacağı təqdirdə dərhal 30 günlük atəşkəs tətbiq etməyə razılaşıb.

Bizimxeber.az bildirir ki, bu barədə Ukrayna prezident aparatının mətbuat xidməti tərəfindən yayılan danışıqların yekunu üzrə Ukrayna və ABŞ-ın birgə bəyanatında deyilir.

Qeyd olunur ki, danışıqlar zamanı tərəflər “indi davamlı sülhün bərqərar olunması prosesinə başlamağın vaxtı olduğu barədə razılığa gəliblər”.

"Ukrayna ABŞ-ın Rusiya Federasiyasının qəbul etməsi və eyni vaxtda həyata keçirməsi şərti ilə, tərəflərin qarşılıqlı razılığı ilə uzadıla bilən müvəqqəti, 30 günlük atəşkəs rejiminin dərhal tətbiq edilməsi təklifini qəbul etməyə hazır olduğunu bildirib".

Ayrı-ayrılıqda vurğulanır ki, Birləşmiş Ştatlar Rusiyaya “Rusiyadan qarşılıqlı münasibət sülhə nail olmaq üçün açardır” deyəcək.

Xatırladaq ki, KİV-in məlumatına görə, Səudiyyə Ərəbistanında aparılan danışıqlar zamanı Ukrayna ABŞ-a havada və dənizdə müvəqqəti atəşkəs, həmçinin enerji və mülki infrastruktur obyektlərinə zərbələr endirmək planını təklif etməli idi. Əvəzində sammitin bəyanatında ümumilikdə 30 günlük atəşkəsdən danışılır.

Danışıqlar zamanı, birgə bəyanata görə, nümayəndə heyətləri həmçinin sülh prosesinin bir hissəsi kimi humanitar səylərin əhəmiyyətini, o cümlədən “müharibə əsirlərinin mübadiləsi, saxlanılan mülki şəxslərin azad edilməsi və məcburi köçkün ukraynalı uşaqların geri qaytarılmasını” müzakirə ediblər.