Ukrayna Almaniyadan daha 1 milyard avroa qrant aldı

Ukrayna Almaniya hökumətindən daha 1 milyard avro qrant alıb.

Bizimxeber.az bildirir ki, bu barədə RBC-Ukrayna Maliyyə Nazirliyinə istinadən xəbər verir. 

Bildirilir ki, vəsait Beynəlxalq Valyuta Fondunun (BVF) Ukraynanın donor ölkələri üçün açdığı xüsusi inzibati hesab vasitəsilə dövlət büdcəsinə köçürülüb.

Vəsait hərbi vəziyyət dövründə prioritet büdcə xərclərinin maliyyələşdirilməsinə yönəldiləcək. 

Ümumilikdə, hərbi vəziyyət başlayandan bəri Ukrayna maliyyə və büdcə sistemini dəstəkləmək üçün Almaniyadan artıq 1,3 milyard avro alıb.

Xatırladaq ki, bu gün Avropa Komissiyası Ukraynaya 9 milyard avro təşkil edəcək makromaliyyə yardımının ümumi paketindən 1 milyard avroluq birinci tranşın ayrılmasını təklif edib.