Ukrayna Ali Radası "Telegram"a qadağa qoydu

Ukrayna Ali Radası Telegram messencerindən istifadəyə qadağa qoyub

Bizimxeber.az bildirir ki, bunu ukraynalı deputat Yaroslav Yurçişin deyib. 

Kanalın yayımladığı fotoda Telegram-ın brauzer versiyasında səhifəsi bloklanmış kompüter monitoru əks olunub. 

Sentyabrda Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası dövlət qulluqçularına və hərbi qulluqçulara Telegram messencerindən rəsmi cihazlarda istifadə etməyi qadağan edib.