Ukrayna Müdafiə Nazirliyi öz rəsmi saytında 18-24 yaş arası kişilərin müqavilə ilə xidmətə cəlb edilməsinə başladığını elan edib.
Bizimxeber.az bildirir ki, “Müqavilə 18-24” layihəsi çərçivəsində onlara təxminən 24 min dollar məbləğində illik müqavilə təklif olunur. Məbləğ üç tranşla ödəniləcək.
Gənclərə aylıq 2,9 min dollar qədər maaş vəd edilir. Bundan əlavə, onlar sıfır faizli ipoteka, pulsuz tibbi xidmət, dövlət hesabına təhsil almaq, müqavilə müddəti bitdikdən sonra xaricə getmək hüququ əldə edəcəklər. Ukrayna Müdafiə Nazirliyi də səfərbərliyə 12 aylıq möhlət verəcəyini vəd edib.