Ukrayna Xerson və Nikolayevdə geri çəkilməyə hazırlaşır

Ukrayna Silahlı Qüvvələri Xerson və Nikolayev vilayətlərində geri çəkilməyə hazırlaşır.

Bizimxeber.az bildirir ki, bu barədə bu barədə Nikolayev müqavimətinin koordinatoru Sergey Lebedev xəbər verib.

Onun sözlərinə görə, döyüş təmas xəttinə yaxın yaşayış məntəqələri boşaldılır və “hərbçilər təcili olaraq LBS-dən uzaqda olan yerlərdə səngərlər qazır və möhkəmləndirilmiş ərazilər tikməyə çalışırlar”.

Söhbət Xerson və Nikolayev vilayətlərindəki 54 yaşayış məntəqəsindən əhalinin təxliyəsindən gedə bilər. 

Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin istefada olan zabiti Daniel Devis Ukraynanın Kursk bölgəsinə hücumunun Ukrayna Silahlı Qüvvələrinin məğlubiyyətini sürətləndirə biləcəyi barədə fikir bildirib.