“Üçüncü Dünya Müharibəsini Zelenski yox, Kreml lideri oynayır” - Makron

Fransa prezidenti Emmanuel Makron Donald Trampın Ukraynanın “Üçüncü Dünya müharibəsi ilə ilə qumar oynayır” sözlərini tənqid edərək, Kreml liderinin ünvanına bu cür ittihamların yer alacağını qeyd edib.

Bizimxeber.az bildirir ki, o, bu barədə Portuqaliyanın RTP telekanalına müsahibəsində  bildirib .

Makron ABŞ prezidentinin Ukrayna prezidenti ilə Oval kabinetdə açıq mübahisə zamanı söylənilən sözlərini şərh edib, lakin Trampın adını çəkməyib. 

"Bir vacib məqam var ki, onu unutmaq olmaz. Əgər kimsə "III Dünya Müharibəsini oynayır"sa, deməli, bu şəxsin adı Vladimir Putindir. Üç il əvvəl işğalçı müharibəni məhz o açıb", - Fransa prezidenti bildirib. 

"Məhz onun sayəsində 10.000 Şimali Koreya əsgəri Avropa torpaqlarına gəldi. Məhz o, Avropada müharibə aparmaq üçün nüvə proqramında onlara kömək etmək müqabilində İran pilotsuz təyyarələrini istəməyə getdi", - Makron vurğulayıb.

O, bu siyahıya Rusiyanın çoxlu ikili təyinatlı mallar aldığı Rusiya ilə Çin arasında getdikcə dərinləşən əməkdaşlığı və Moskvadan vaxtaşırı nüvə ritorikasını əlavə edib: "Beləliklə, əgər III Dünya Müharibəsini oynayan şəxs varsa, o zaman bu adamı Kiyevdə deyil, daha çox Moskvada axtarmaq lazımdır", - Makron yekunlaşdırıb.