"Üçüncü dünya müharibəsi başlayıb”

“Mənim üçün bu gün Üçüncü Dünya müharibəsi başlayıb”.

Bunu Roma Papası Fransisk deyib. O bildirib ki, dünya artıq müharibə vəziyyətindədir: “Bir neçə il öncə düşünürdüm ki, biz Üçüncü Dünya müharibəsini qismən yaşayırıq. Odur ki, mənim üçün Üçüncü Dünya müharibəsi artıq alovlanıb”.

Papa çıxışı zamanı Rusiyanın Ukraynaya hərbi müdaxiləsini tənqid edib, Rusiya qoşunlarının qəddarlığı və kobudluğundan danışıb.