Türkmənistandan Aİ-95 markalı premium benzini alırıq

Azərbaycan 2022-ci ilin ilk dörd ayı ərzində Türkmənistandan da Aİ-95 markalı Premium avtomobil mühərriki benzin idxal edilib.

Bizimxeber.az bildirir ki, bu barədə Dövlət Statistika Komitəsi bildirir.

Cari ilin yanvar-aprel ayları ərzində 4 944 ton həcmində idxal edib.

İdxal edilmiş avtomobil benzinin ümumi idxal dəyəri isə 4 milyon 153.73 min dollar təşkil edib. İdxal edilmiş benzinin bir tonu 840 ABŞ dolları təşkil edib. Məsələn, bu Rusiyadan Azərbaycana 917 dollar/ton vahidində gətirlib.