Türkiyəyə gələnlərin barmaq izləri alınacaq

Türkiyə hakimiyyəti ölkəyə daxil olan bütün xarici vətəndaşlardan barmaq izlərini götürmək qərarına gəlib. Yeni nəzarət sistemi nə zaman tətbiq olunacağı barədə konkret məlumat verilməyib.

Bizimxeber.az bildirir ki, bu barədə Sabah nəşri Türkiyənin Daxili İşlər naziri Ali Yerlikaya istinadən məlumat yayıb.

Yerlikaya deyib ki, Türkiyəyə daxil olan şəxslərdən barmaq izlərinin ABŞ və Böyük Britaniyada olduğu kimi alınacaq. Bundan əlavə, Türkiyə turist məqsədilə ölkəyə daxil olan xarici vətəndaşlara yaşayış icazəsi verməyəcək.

Daxili İşlər Nazirinin sözlərinə görə, yeniliklər ölkədə müvəqqəti müdafiə statusu almış şəxsləri də əhatə edəcək. Onların şəxsiyyət vəsiqələrinə çip əlavə ediləcək. Yerlikaya hazırda Türkiyədə təxminən dörd milyon dörd yüz min miqrantın qeydiyyata alındığını və onların üç milyondan çoxunun Suriyalı olduğunu bildirib.