"Avropa İttifaqından heç nə gözləmirik".
Bizimxeber.az bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
"Aİ-nin verdiyi bütün vədləri yerinə yetirmişik, onlar isə demək olar ki, heç birini yerinə yetirməyiblər. Aİ-nin ölkəmizə qarşı qərəzində heç bir dəyişiklik yoxdur. Başladıqları proseslərə məhəl qoymayaraq ölkəmizə qarşı haqsızlıq edirlər" - deyə Ərdoğan bildirib.
Onun sözlərinə görə, Aİ Ankaraya qarşı tutduğu “ədalətsiz mövqeyindən” əl çəkməlidir, xüsusən də viza məsələsində. “Əgər bunu etməsələr, bizdən hər hansı bir gözləmə hüququnu tamamilə itirəcəklər”.