Türkiyədəki suriyalılar geri qayıdır – Yeni video

Türkiyəyə köç edən suriyalılar Əsəd rejiminin devrilməsindən sonra ölkələrinə qayıdır.

Bu barədə Türkiyə mediası məlumat yayıb. 

Bildirilib ki, Türkiyə jandarması tərəfindən sıxlığın qarşısını almaq üçün sərhəddən təxminən 5 kilometr aralıda ayrıca keçid məntəqəsi yaradılıb. Buradakı yoxlamalardan sonra sərhədi keçməyə münasib hesab edilən suriyalılar “Cilvəgözü” sərhəd-keçid məntəqəsinə istiqamətləndirilir.