“Hazırda Türkiyədə zəlzələ bölgəsində yaşayan azərbaycanlı tələbələrimiz var”.
Bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında deyib.
Nazir həmin tələbələr və onların ailə üzvləri ilə mütəmadi əlaqə saxlanıldığını bildirib.
“Türkiyədəki zəlzələ bölgəsinə 100-dən artıq ölkə dəstək göstərmişdi. Ancaq ən böyük, ən həcmli dəstək məhz Azərbaycandan olmuşdu”, - nazir əlavə edib.