Türkiyənin şimal-qərbində Kartalkaya Kayak Mərkəzinin xizək kurortunda mehmanxanada baş verən yanğın nəticəsində azı 76 nəfər həlak olub.
Bizimxeber.az "Anadolu"ya istinadən xəbər verir ki, bu məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib .
Yerlikaya oteldə baş verən yanğın nəticəsində 76 nəfərin həlak olması ilə bağlı başsağlığı verib.
"Hazırda 52 meyitin siması ailələri ilə tanınıb, ölən 45 vətəndaşın cəsədi isə ailələrinə təhvil verilib. Qalanlarına gəlincə, identifikasiya araşdırmaları apara bilməmişik".
Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, insidentlə bağlı artıq 9 nəfər saxlanılıb (əvvəllər 4 nəfər haqqında məlumat verilirdi ). “Otelin fəaliyyətə başladığı ilk gündən bu günə qədər bütün proses hərtərəfli öyrənilir”, - deyə məmur söz verib.