Türkiyədə limanda partlayış oldu - Foto

Türkiyənin Samsun şəhərində limanda partlayış baş verib. 

Bizimxeber.az “CNN Türk”ə istinadən xəbər verir ki, partlayışdan sonra yanğın başlayıb.

İlkin məlumata görə, partlayış limanda neft tankerində baş verib. 

Hələ ki partlayışın səbəbi açıqlanmayıb. Bununla yanaşı, hadisə nəticəsində ölən və yaralıların olması barədə də məlumat verilməyib.